Ru
09:17 / 20 İyun 2025

"Xameneinin qətli "Pandoranın qutusu"nu açacaq" - Peskov

"Xameneinin qətli "Pandoranın qutusu"nu açacaq" - Peskov
Eye

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, İranın Ali Rəhbəri Əli Xamenei öldürülərsə, Rusiya buna son dərəcə mənfi reaksiya verəcək.

Bakupost.az bu barədə "RİA Novosti"yə istinadən məlumat yayıb.

O qeyd edib ki, hadisələrin bu cür inkişafı İranın öz daxilində müxtəlif hərəkətlənmələrə səbəb olacaq.

"İran cəmiyyəti çox yaxşı təşkilatlanıb", - deyə D.Peskov fikrinin davamında vurğulayıb.

D.Peskov əlavə edib ki, Əli Xameneinin qətlindən danışanlar bilməlidirlər ki, İranın ali rəhbərinin öldürülməsi "Pandoranın qutusu"nu açacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar