Bir neçə gün əvvəl Yasamalda baş verən və 3 nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı mübahisələr davam edir. Sakinlər baş verən faciəyə görə binadakı obyektin sahibi və icarədarını - "Loft" restoranının rəhbərliyini günahlandırır. Əlbəttə, kimin həqiqətən günahkar olduğu hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxacaq.
Bununla belə, yanğında həlak olan binanın komendantı Samir Məhəmmədov hadisədən bir müddət öncə, noyabrın 11-i
Bakupost.az -a müraciət edərək, zirzəminin qanunsuz satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini bildirmiş və müxtəlif sənədlər təqdim etmişdi. Lakin qarşı tərəflərlə əlaqə saxlamaq cəhdlərimizin baş tutmadığı üçün materialın yayılması yubandı. Artıq faciəli hadisədən sonra bütün tərəflərin mövqeyi mediada işıqlandırılıb.
Bakupost.az ictimaiyyətin məsələyə geniş diqqətini nəzərə alaraq, eləcə də istintaqın obyektiv aparılmasına kömək məqsədilə Samir Məhəmmədovun redaksiyamızın əməkdaşı ilə söhbətinin səs yazısını təqdim edir.
Zaur, BakuPost