Ru
09:15 / 14 Yanvar 2024

Yol polisindən piyadalara çağırış: hündürdaban ayaqqabı geyinməyin

Yol polisindən piyadalara çağırış: hündürdaban ayaqqabı geyinməyin
Eye

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bakupost.az xəbər verir ki, müraciətdə deyilir:


“Əziz piyadalar:

- paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

- yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

- qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;- çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

- balaca və asta addımlar atın;

- pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

- pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

- yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

- bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar