Ru
14:45 / 19 May 2017

Azərbaycanda yeni xeyriyyə fondu yaradıldı - Hacı Nuran prezidentidir

83842
Bu gün "Həyat Fondu”nun təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, fondun təsisçisi, "Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Hacı Nuran Hüseynov, idmançılar, incəsənət nümayəndələri və digər şəxslər iştirak ediblər.


Fondun təsisçisi, eyni zamanda prezidenti N.Hüseynov çıxış edərək bildirib ki, arzusu yerinə yetir. O, uzun müddət xeyriyyəçiliklə bağlı layihələrdə iştirak etdiyini söyləyib və ilk dəfə olaraq bu işlə mərkəzləşdirilmiş şəkildə məşğul olacaqlarını vurğulayıb: "Həyat Fondu"nu xeyriyyə məqsədi ilə təsis olundu. Fondun əsas məqsədi müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım göstərmək və onların müalicəsinin təşkilinə köməklik göstərməkdir. İstənilən mobil telefondan 999 qısa nömrəsini yığaraq, fonda pul köçürməsi edə bilərsiniz. Bu halda pul birbaşa balansınızdan çıxılacaq. Bildiyiniz kimi, 4 ilə yaxın ağır xəstəlikdən, xərçəngdən əziyyət çəkirdim. Həkimlər artıq müalicəni dayandırmaq istəyirdilər. Dedilər effekti yoxdur. Lakin şükürlər olsun ki, Heydər Əliyev Fondu mənə dəstək oldu. Mehriban Əliyevaya və Leyla Əliyevaya bir daha minnətdarlığımı bildirirəm".


M.Quliyev isə çıxışında fonda uğurlar arzulamaqla yanaşı, yaxın keçmişə nəzər salıb: "Bu gün adi gün deyil. Tədbirə baxıram və 1988-1993-cü illəri yada salıram. Həmin vaxt nəyinki xəstələrə yardım etmək barədə düşünmək mümkün deyildi, ölkənin durumu sual altında idi. Lakin ulu öndər Heydər Əliyev səriştəli insanları ətrafına yığaraq, ölkəni vəziyyətdən çıxartdı və uğurlara daşıdı. Bu gün ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir. Azərbaycana İlham Əliyev kimi şəxs rəhbərlik edir. İndi vəziyyət fərqlidir. Fonda uğurlar arzulayıram".


Daha sonra çıxış edənlər - xalq artisti Həmidə Ömərova, güləşçi Rəsul Çunayev "Həyat Fondu"nun əhəmiyyətindən danışıblar və uğurlar arzulayıblar.

Qeyd edək ki, "Həyat Fondu" yardımsevər insanların ianəsi hesabına maliyyələşəcək. 999 qısa nömrəsindən zəng və mesajla yanaş, poçt, bank, E-pay və Fondun rəsmi saytı olan www.heyat.az-a daxil olaraq Fondun və ya birbaşa ehtiyacı sahiblərinin hesabına ödəmələr etmək olacaq. 

 

Bakı Post
Azərbaycanda yeni xeyriyyə fondu yaradıldı -  Hacı Nuran prezidentidir
Şərhlər
  • Ağaverdiyeva Hökümə Ağaverdi qızı terefinden

    Salam biz 18ildiki Kirelerde qalrıq. Ev pulu verə bilmirik. Deyə ev yiyeleri bizi qovur .Yenə ayın 20de qovacaqlar bizi ev pula göre bizi çıxardılar 3uşaqnan qalmışıq yollarda qapılarda veş daşmaqdan axrı canda düşdü xəsdeliye əsəbdən zəhərli zob yaradı qapı deyişməkdən zobumdan vurub bütün hormonlarma ağrlardan yata bilmirəm gecələr boğluram üreyim cırplır elə bilrəmki bu dəqiqə öləcəm Vəziyyetmiz həqiqətəndə çox agrdı Allah şahidmizdi heç hardan gərirmiz yoxdu heç hardan pul almırıq usaqlarmı əyin başın qoşlar verir nə isdi geyim görler nə isdi xörek borc xərc icde batrıq tükanclarda day bizə nisyə heçnə vermir derdim çoxdur xaiş edrem Allaha xatir bizə köməklik edesiz Vəziyyetmiz 0 bərabərdi uşaqlar Acdan qırlıb batılar uşaqda yollardan tapdı eyaqabı gətirib geyinlər eyaqlarna xəsdelik düşüb taptı eyaqabı getməkdən məktəbə ac gedib gəlirlər uşaqlar deyir ana məkdebe ac gedirik. Acdan başmız ağrayır xaiş edirəm biz köməklik edesiz Vəziyyetmiz çox agır və acnacaqldır.

  • Bebirzadə vusale

    Salam menim27 yaşım var 3 övladım var kirayə qalıram xaiş edirəm menede yardım edəsiniz

  • Məlikova Sevil

    Salam mən Məlikova Sevil Əvəz qızı İsmayıllı rayonunda yaşayıram üç evladim var qizim 1 ci qurup əlildir serabiral iflicdi xəsdəsidi balaca övladım epilepsiya xəstəsi mənim imkanım yoxdur evimin şəraiti sıfır səviyyəsindədir qapı pəncərə yoxdur xahiş edirəm mən isti bir evim yoxdu evin şəraiti olmadığı üçün uşaqlar tez tez xəstələnirlər əlimizdə olanda iynə dərman həkimdə qalıb xahiş edirəm mənə kömək edin mənim üçün çox çətindir

  • Ehmedova Günay Arif qizi

    Salam Hacı Nuran bey 01.01.2023 cu ilde Aslanov Perviz Bextiyar oğlu ile aile qurdum,

  • Əliyeva Aytac

    Salam menim 21 yaşım var lenfoma xercengi olmuşam 2 dene kimoterapiya göturmuşem Maddi durumuz Cox aşagi oldugu ucun davam etdirir bilmirem Cox xahiş edirəm yardim edesiz

  • BABAYEV ƏLİBba İsmayıl oğlu

    Mən iflic olmuşam yerimə qabiliyətimi itirmişəm , uşaqlar mənə taxtadan çarpayı düzəldiblər evdə yaşlı anam və həyat yoldaşım məni qaldıra bilmirlər mümkünsə mənə xəstəxana çarpayısı almaqda köməklik göstərəsiniz . Şəki Böyük Dəhnə kəndində yaşayıram, əvəlcədən sizə təşəkkür edirəm başqa bir istəyim yoxdur 055-372-19-44

  • Behmen Sahverdiyev

    Salam 8yasili qizim Nermin urey ritim pozgunlugundan ezyet cekir gunu gunden vezyeti pislesir iki emeliyet bir aparat qoyulmalidi hekimler turkiyede emeliyat olunmagin meslehet gorurler madidurumum buna imkan vermir xais eliyirem mene komek edin fehleciliynen uc usaga baxiram desdeyinize eyticim var 0705365696

  • Qerenfil Mehdiyeva

    Maddi durumuz yaxsi deyil 300 m borcum var 2 ildi vere bilmirem heç yerde işlemirem yada gelir yerimiz yoo evimiz yoo kire kimi qaliram yoldasim fehıedi bize kömek etseniniz sevinerdik 0516545855

  • Qerenfil Mehdiyeva

    Salam necesiz sizi balakenden narahat edirem heç yerde işlemirem evim yooo kirede kimi qaliram yoldasim fehledi maddi durumuz yaxsi deyil 2 evladim var

  • Aliyeva Birliyan

    Salam Anam döş xərçəngidi 3 dərəcə imkan olmadığından əməliyyat etdirə bilmirik sizdən çox çox xahiş edirəm bu aya xatir Hacı kömək et onun əməliyyatına çox bahadi masim300 m çatdırıram heç ximyasiz etmir. Yeməyini ancag çatdırıram. 050792644

  • Necefzade fidan

    Cox xais edirem men berdede yasayram mende komek edin elaqe nom 0505657495

  • ƏLI ƏFƏNDIYEV

    Salam Allah sizleri qorsun Hec bir Yaxsllq undulmur Allah her zaman Komeymiz olsun Qardaş ve baclar mən Əfəndiyev əli Azad Oğlu Qebele şəhərin de yasayram 4 Aya yaxndlr qan Xesdeliyin den eziyet cekirem Xesdeliyim le elaqeder olaraq isleye bilmirem sehedim imkan vermir Ve menim oz saglmlqlma qovusmaq ucun 1 nci Allah 2 cide Yaxsl insanlara Ehdiyaclm var cox xayis edrem ki mene Xaricde mualice Almaqa komeyliy edesiz cox xayis edrem men cox pisem mene komey edin 0554166054

  • Isifov Nurlan

    Men quba royunundan size muraciyet edirem menim iki ayliq evladim sma xesteliyinden eziyet cekir gun gunden veziyeti pislesir iynesi cox bahadi amerkadadi siden cox xais edirem evladima komek ederdiz saqalsin

  • Eliyev veli

    Yazib size bildirirem ki sizin ireli sürdüyünüz teşebbüs neticesinde minlerle xesde ayağa qalxib ve bu teşebbüsünüz xalq terefinnen alqişla qarşilanir qeyd edim ki az yaşli oğlum eliyev xeyrulla iki il bunnan qabaq maşin vurmasi neticesinde yerime qabiliyetin itirib ve qidani boğazinnan qebul edir bir valideyin kimi körpe balamiz gözümüz önünde eziyyet çekir xaiş edirem bize kömey olun inaniram ki meni tek qoymuyacaqsiz teşekkür edirem

  • Eliyev veli

    Yazib size bildirirem ki az yaşli oğlum eliyev xeyrulla veli oğlu maşin vurmasi neticesinde yerime qabiliyetin itirib hemçinin qidani boğazinnan qebul edir xaiş edirem yardim edin

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər