Rusiyanın Surgut şəhərində baş verən yanğında 7 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin (İK) region üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında (5 noyabr) iki mərtəbəli bağ evində baş verən yanğın zamanı xilasedicilər 7 nəfərin cəsədini aşkarlayıblar. Hadisə ilə bağlı üzrə cinayət işi başlanıb.
Hazırda məhkəmə-tibbi ekspertiza və istintaq orqanları həlak olanların şəxsiyyətini və yanğının səbəblərini müəyyənləşdirir.
Regionun Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, ilkin mərhələdə hadisə yerində bir qadının və iki azyaşlının meyiti tapılmışdı. Daha sonra ölənlərin sayının yeddisə yüksəldiyi, onlardan dördünün uşaq olduğu dəqiqləşdirilib.
Cavid, BakuPost