Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Bakupost.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla xəbər verir ki, oktyabrın 13-də, saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir (kişi) şəxsə ilkin tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
***
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsində qeydə alınıb.
"Bentley" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.