Ru
16:12 / 13 Oktyabr 2025

Orban İlham Əliyevlə xüsusi ehtiramla görüşdü: Baş əydi

Orban İlham Əliyevlə xüsusi ehtiramla görüşdü: Baş əydi
Eye

Macarıstanın Baş naziri Viktor Orban Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl ona xüsusi ehtiram nümayiş etdirib.

Bakupost.az xəbər verir ki, bu anları əks etdirən video sosial şəbəkələrdə geniş yayılıb. Kadrlarda Viktor Orbanın görüş öncəsi Prezident İlham Əliyevə yönələrək baş əydiyi görünür.

Bu jest iki lider arasında formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətlərinin göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Viktor Orban və İlham Əliyev arasında uzun illərə dayanan səmimi əlaqələr mövcuddur və Macarıstan–Azərbaycan münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar