Bakı-Sumqayıt yolunda hərəkətdə olan avtobusda təhlükəli anlar yaşanıb.
Bakupost.az -ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Paylaşımı edən şəxs bildirib ki, sərnişinlərdən biri sürücüdən dayanacaq olmayan yerdə avtobusu saxlamasını tələb edib. Sürücü tələbi qəbul etmədikdə həmin sərnişin sürücüyə hücum edib. Buna baxmayaraq, sürücü avtobusu saxlamayıb. Nəticədə avtobusda təhlükəli vəziyyət yaranıb.
“İşin sonunda ölüm də baş verə bilərdi, amma sürücü israrla avtobusu saxlamadı. Avtobusdan düşəndə dizlərim əsirdi”, - deyə sərnişinlərdən biri bildirib.
Lalə, Bakupost