Ru
17:28 / 13 Oktyabr 2025

Afət Fərmanqızı Zauru HƏDƏLƏDİ - FOTO

Afət Fərmanqızı Zauru HƏDƏLƏDİ - FOTO
Eye

Müğənnilər Afət Fərmanqızı aparıcı Zaur Nəbioğluna video çəkərək müraciət ünvanlayıb.

Bakupost.az Milli.Az-a istinadla xəbər verir ki, həmkarı Vəfa Şərifova qalmaqalın onun efirində qabardıldığını bildirən ifaçı teleaparıcıya qadağa qoyub.

"Dostum Zaur Nəbioğlu üçün bu müraciəti yayımlayıram. Az öncə də sənə səs göndərdim. Verilişindən mənim şəklimi, adımı da yığışdır. Dostluğumuz isə öz yerində qalır. Mən evimdə öz işimlə məşğul olarkən, Vəfanı ora çağırıb mənimlə bağlı mövzunu qabartdıqda, sənin verilişində mənə şər-böhtan atılır. Düzdür ki, mənim cavablandırmağım üçün şərait yaratdın. Ancaq sən deməli idin ki, Afətin xəbəri yox idi, burada Vəfa ondan danışmağa başladı. Bunu etmədiyin üçün izləyicilərim stress yaşayırlar. Mənim vecimə deyil. "Akula"larla vuruşub qalib olan Afət Fərmanqızıyam.

Mənə veriliş lazım olsa, dostlarım var. Tolik Vəfa ilə səndən yaxındır. Ehtiyac bilsə, elə veriliş edərdi ki, yer yerindən oynardı, reytinqi də özü götürərdi. Mənə lazım deyilsə, yekəxanalıq kimi çıxmasın, nəinki veriliş, telekanal açaram. Buna qüvvəm var".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar