Ru
09:32 / 04 Fevral 2023

Cavid Allahverdiyev vəfat etdi

Cavid Allahverdiyev vəfat etdi
Eye

Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev vəfat edib.

Bakupost.az xəbər verir ki, o, gecə saatlarında anidən 42 yaşında dünyasını dəyişib.

Məlumata görə, C.Allahverdiyevin vəfatına onun səhhətində yaranan ani narahatlıq səbəb olub.

Qeyd edək ki, Cavid Allahverdiyev 17 fevral 1981-ci ildə Bakıda anadan olub. O, 2004-cü ildən güləş üzrə hakimliyə başlayıb. 2009-cu ildən sərbəst güləş üzrə Birinci dərəcəli hakim kimi fəaliyyət göstərib. Bir sıra idman jurnallarında da çalışan C.Allahverdiyev 2015-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvü idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar