ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə silahının sınaqlarına başlamaq əmri verib.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Digər ölkələrdəki sınaq proqramları səbəbindən Müharibə Nazirliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, - ABŞ lideri qeyd edib.
Onun sözlərinə görə, ABŞ digər ölkələrlə müqayisədə daha çox nüvə silahına sahibdir.