Ru
17:49 / 15 Aprel 2019

prezident sosial müavinətlərin məbləğini artırdı – YENİ RƏQƏMLƏR ƏHALİYƏ ŞAD XƏBƏR:

4233


Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması
ilə bağlı sərəncam imzalayıb.



Bakupost.az-ın məlumatına görə, Sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində
əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25
fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014,
№ 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454) aşağıdakı
dəyişikliklər edilsin:

1.1. 1.1.1-ci yarımbənddə "73” rəqəmləri "130” rəqəmləri ilə
əvəz edilsin;

1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı
redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı
redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı
redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.5. 1.1.5-ci yarımbənddə "82” rəqəmləri "150” rəqəmləri ilə
əvəz edilsin;

1.6. 1.1.6-cı yarımbənddə "68” rəqəmləri "80” rəqəmləri ilə əvəz
edilsin;

1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;

1.8. 1.1.8-ci yarımbənddə "68” rəqəmləri "100” rəqəmləri ilə
əvəz edilsin;

1.9. 1.1.9-cu yarımbənddə "61” rəqəmləri "100” rəqəmləri ilə
əvəz edilsin;

1.10. 1.1.11.2-ci yarımbənddə "müharibə əlillərinin, 20
Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II
qrup əlil olmuş” sözləri "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri
ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə
əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.11. 1.2.2-ci yarımbənddə "109” rəqəmləri "200” rəqəmləri
ilə əvəz edilsin;

1.12. 1.2.3-cü yarımbənddə "146” rəqəmləri "300” rəqəmləri
ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər