Ru
18:33 / 29 Dekabr 2018

Əlillər sürücülük vəsiqəsini yeni qaydada alacaq - Tapşırıq verilib

Əlillər sürücülük vəsiqəsini yeni qaydada alacaq -  Tapşırıq verilib
Eye



Əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydaları hazırlanacaq. 



BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.



Daxili İşlər Nazirliyi (DİN) bu sahədə əsas icraçı qurum olacaq. DİN 2019-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Nəqliyyat Agentliyi ilə birlikdə əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydalarının hazırlanması və bununla bağlı təlim-tədris prosesinin təkmilləşdirilməsini təmin etməlidir.

Şərhlər
  • Tale Qasimov

    mən 2ci qurub əliləm sol qolum anadan gəlmə dirsəkdən aşağı inkişaf etməyib

  • İsmayılov Elşən Qurban oğlu

    Salam mənim sağ əlimde 2 barmağın olmamasi şəhadət barmağı birdə otra barmaqi yoxdur və mənə deyilərki sənə sürücülük vəsiqəsi düşmür mənə arayış vermiler bununla bağlı hara müraciət ede bilerem

  • Vuqar Musayev

    Mən 2-ci qrup Qarabağ əliliyəm. Əsəb xəstəxanasında yatmışam. İndi sürücülük vəsiqəmin vaxtı bitsə yenidən gedib sürücülük vəsiqəsi ala bilərəm?

  • Barat Nuriyev

    Mən 2 ci qrup əliləm Xoralı kolit və vərəm Prava ala bilərəmmi?

  • Namiq Cəfərov

    Mən astma xəstəsiyəm 2 ci qrupam Sürücülük vəsiqəsi ala bilərəm?

  • Qenber

    Salam mən pensye alaram deyə pravami bağladım acdra bileremi yenden

  • Osmanov Elşən

    Salam Mən 2 ci qurup əliləm Sosial Pensiya Alıram Sürücülük vəsiqəsi Ala Bilərəm Və Alsam Sosial Pensiyam Kəsilə Bilər Xaiş edirəm Cavab yazın

  • Tağıyev Məhərrəm

    Mən 3cu qrup gözdən əlilliyə görə pensiya alıram sürücülük vəsiqəsi alsam bu pensiyam kəsilməz?

  • Pərvin Abdullayev

    Burda cavab verirlər yazılan?

  • Muradov Tərlan

    Salam mən 2-ci qrup gözdən əliləm sürücülük vəsiqəsi alsam pensiyam kəsilərmi?

  • Ramil Hüseynov

    Salam ələykuma . Mən 3 qrup pensiyə alıram əlillik sürücülük vəsiqəsi ala bilərəm pensiyəm kəsilməz. Zəhmət olmasa bir cavab yazaydız.

  • Mehman Ismayilzade

    Salam men 2 ci qrup elilliyim var men 2 illik B katoqoriyasi Suruculuk vesiqesi ucun forma 83 Arayisi isteyirem amma mene vermirler. Imisli Rayon Merkezi xestexanadan. Men kime muraciyet edim cox xais edirem mene cavab yazin. 0514980777

  • Namiq hesenov

    Salam men 2 ci qrup elilem pensiya aliram suruculuk vesiqesi alsam pensiyeye hansisa bir tesiri olacaq yoxsa nece ???

  • Taleh baxşalyev

    Salam men 2ci qurup elilliyim var serblal iflic Sürclük versiqsi ala bilerem?

  • Şaiq maşayev

    Salam 2 qurup anadan gəlmə əliləm prava alarsan pensiyam kəsilə bilərmi zəhmət deyilsə deyərdiz

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar