Ru
15:39 / 03 Mart 2026

Erməni deputatdan iddia: Bu sərhəddə rüşvət problemi var

Erməni deputatdan iddia: Bu sərhəddə rüşvət problemi var
Eye

Ermənistan parlamentində Gürcüstanla sərhəd keçidində mümkün korrupsiya halları ilə bağlı müzakirə aparılıb.

Musavat.com-a istinadən istinadən xəbər verir ki, müxalif “Ermənistan” fraksiyasından deputat Qarnik Danielyan Milli Məclisdə iqtisadiyyat naziri Gevorq Papoyana müraciət edərək bildirib ki, erməni biznes strukturları və ekspeditorlar Gürcüstanda ciddi problemlərlə üzləşirlər.

Erməni deputatın sözlərinə görə, bəzi hallarda Gürcüstanın aidiyyəti qurumları yüklərin maneəsiz daşınmasına maddi qarşılıq müqabilində icazə verir.

“Biznes strukturlarımız nə vaxta qədər Gürcüstan sərhədini rüşvət müqabilində keçəcək?” – deyə Danielyan sual edib.

Nazir Gevorq Papoyan cavabında bildirib ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edən yeganə şəxs özü olub.
“Facebook səhifəmdə açıq bəyanatlar vermişəm, hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Onlar həmin şəxslərlə əlaqə saxlayıblar. Amma Ermənistanda heç kim gedib ‘yazdığımı təsdiqləyirəm’ deməyib”, – deyə nazir bildirib.

Danielyan isə problemin mövcud olduğunu vurğulayaraq, bu şəxslərlə görüş təşkil etməyi və onları şəxsən parlamentə gətirməyə hazır olduğunu deyib.

Papoyan müzakirə zamanı başqa bir məsələyə də toxunub. O bildirib ki, 100 min tondan artıq üzüm alan şirkəti dəstəkləyir. Lakin son üç ildə üzüm almayan bəzi şirkətlərin milyonlarla litr konyak ixrac etmək istəməsi sual doğurur.

“Əgər kəndlilərdən üzüm almırlarsa, hansı alkoqolu ixrac edirlər?, – deyə erməni nazir qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar