Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə oğlu Əzizə toy edib.
Bakupost.az xəbər verir ki, axsam.az-ın məlumatına görə, məclisə sənət dünyasının tanınmış simaları qatılıblar.
Gecədə yer alanlar arasında Xalq artisti faiq Ağayev də olub. F.Ağayev bir müddət əvvəl ondan küsən Nadirin övladını təbrik üçün məclisə yollanıb. O, gecədə mahnılar oxuyub.
Qeyd edək ki, N.Qafarzadə və F.Ağayev illərlə küsülü olublar. Onlar bir neçə il əvvəl barışsalar da, son vaxtlar yenə aralarında narazıçılıq olmuşdu. Buna səbəb isə F.Ağayevin Nadirlə bağlı verdiyi "Toy ərzində də dayanmadan mənə qulluq edirdi, çay verirdi" açıqlama olub. Nadir isə ona "Çay məsələsini vurğulamaq mütləq idi? Xətrimə dəydi. Biz eyni yaşdayıq" cavabını verib.