Ru
14:18 / 05 Avqust 2020

Generalın vəzifə verilən oğlu ilə bağlı - AÇIQLAMA

Generalın vəzifə verilən oğlu ilə bağlı   - AÇIQLAMA
Eye

Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.

Azərbaycan Prezidentinin 15 avqust 2006-cı il tarixli sərəncamı ilə F.Nəbiyevə general-mayor hərbi rütbəsi verilib.

F.Nəbiyev Azərbaycan Prezidentinin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Dövlət başçısının 6 mart 2012-ci il tarixli sərəncamı ilə III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

2018-ci ildə DMX-nin rəisi vəzifəsindən azad olunub.
F.Nəbiyev avqustun 3-də vəfat edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar