Ru
14:39 / 06 Avqust 2025

Havanın temperaturu bu tarixdən enəcək

Havanın temperaturu bu tarixdən enəcək
Eye

Avqustun 9-dan etibarən havanın temperaturu enəcək.

Bakupost.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun bildirdiyinə görə, hazırda ölkə ərazisində isti hava müşahidə olunur:

“Bu gün və sabah Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim külək əsəcək, havanın temperaturu maksimum 35-40 dərəcə isti olacaq. Bəzi bölgələrdə isə gündüz saatlarında arabir qısa müddətli az yağış yağacaq, şimşək çaxacaq”.

Gülşad Məmmədova qeyd edib ki, avqustun 9-dan etibarən şimal küləklərinin güclənəcəyi gözlənilir. Bu da istilik effektini bir qədər azaldacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar