Ru
16:46 / 23 İyul 2025

Kəmaləddin Heydərov məşhur idmançıya vəzifə verdi - FOTO

Kəmaləddin Heydərov məşhur idmançıya vəzifə verdi - FOTO
Eye

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yeni kadr təyinatı baş tutub.

Bakupost.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət baş leytenantı Orxan Mehdiyev Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 19 nömrəli Yanğından Mühafizə bölməsinin növbə rəisinin köməkçisi vəzifəsindən azad edilib.

Digər əmrlə, Orxan Mehdiyev Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Texnika üzrə rəis müavini təyin edilib.

Xatırladaq ki, Mehdiyev Orxan Kung-fu sanda üzrə dünya çempionudur. 2016-cı ildə Avropa çempionatında erməni idmançıya qalib gəlib.

2019 və 2023cü ildə Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən fəxri fərmanla təltif olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar