Azərbaycanda
"Made in Azerbaijan" brendi altında smartfonların yığılmasına
başlanılacaq. Bunu Trend-ə CRM Group şirkətinin baş direktoru Ramin Süleymanov
bildirib.
Onun sözlərinə görə, yerli yığımlı ilk smartfon iyun ayında
ictimaiyyətə təqdim olunacaq.
Süleymanov deyib: "Payızda bizə ayrılan istehsal
sahələri bu qurğuların konveyer yığılmasının işə salınması üçün hazır olacaq.
Biz ümumilikdə 10-ə yaxın müxtəlif növ IT-məhsulun, o cümlədən planşet
kompyuter, noutbuk, printer və s., yığılmasını həyata keçirilməsi üçün patent
hüququ əldə etmişik. Azərbaycanda yığılan məhsullar regional bazarlara ixrac
ediləcək".
CRM Group-un baş direktorunun sözlərinə görə, kompüter və
periferik avadanlıqların yığılmasının başlanılması şirkətin 2018-ci il üçün
prioritet planlarına daxildir.
"Yüksək texnologiyalı avadanlıqların yığılması, ölkədə
həyata keçirilən ilk genişmiqyaslı layihədir. Biz bunu böyük addım və ölkə
iqtisadiyyatına investisiya hesab edirik. Qonşu Türkiyədə, məsələn, Casper
brendi altında noutbukların yığılması həyata keçirilir. Biz Azərbaycanda bu təcrübəni mənimsəmək və onu reallaşdırmaq
niyyətindəyik", - Süleymanov deyib.
Bakı Post