Ru
16:34 / 18 Yanvar 2025

Naxçıvanda hamilə qadın və bətnindəki körpəsi öldü

Naxçıvanda hamilə qadın və bətnindəki körpəsi öldü
Eye

Naxçıvanda 21 yaşlı hamilə qadın və bətnindəki övladı vəfat edib.

Bakupost.az xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində vəfat edib. Bildirilir ki, ana və övladının ölümünə səbəb təzyiq olub.

G.Məhərrəmova Babək rayonu Payız kəndində dəfn edilib.

Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar