Misirdə olan azərbaycanlılar uçuşların dayandırılması səbəbindən Qahirədə çətin vəziyyətdə qalıblar.
Bakupost.az xəbər verir ki, musiqi müəllimi Sevinc Bayramovanın sözlərinə görə, onlar Şarm əl-Şeyxdən Qahirəyə uçublar və buradan Küveyt üzərindən Çinə getməyi planlaşdırıblar. Lakin bölgədə yaranmış gərginlik səbəbindən uçuşlar ləğv edilib:
“Bildiyiniz kimi, İran hava limanlarını bombalayıb. Buna görə bütün uçuşlar ləğv olundu. Dünən axşamdan bəri Qahirədə gözləyirik. Uçuşların nə zaman bərpa olunacağı, hansı marşrutla uçacağımız barədə heç bir məlumat verilmir. Mənim kimi burada çox sayda insan var, nə edəcəklərini bilmirlər”, – deyə o bildirib.
Lalə, BakuPost