Ru
11:30 / 09 Sentyabr 2025

Reanimasiyada olan Xalq artistinin son durumu AÇIQLANDI - FOTO

Reanimasiyada olan Xalq artistinin son durumu AÇIQLANDI - FOTO
Eye

Xalq artisti Sərdar Fərəcovun ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, xalq artisti sentyabrın 6-da Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Huşu aydın, hemodinamik göstəriciləri stabildir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar