Ru
11:21 / 09 Sentyabr 2025

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
Eye

Rusiyada məhkəmə Azərbaycanın vəsatəti əsasında respublikada terrorçuluq məqsədilə təlimlər keçirmək, cinayətkar birlik təşkil etmək, silahlı birləşmələr və ya qruplar yaratmaqda təqsirləndirilən şəxsi həbs edib.

Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, həmin şəxs Azərbaycanda qiyabi həbs olunaraq axtarışa verilib:

“Azərbaycan tərəfdən lazımi təsdiqlər vaxtında alınıb və daha sonra Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları xarici həmkarlarına həmin şəxsin saxlanılması barədə məlumat verib. Moskva məhkəməsi təqsirləndirilən şəxsi həbs edib”.

Materiallarda onun hansı ölkənin vətəndaşı olduğu göstərilmir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar