Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov saxlanılıb.
Bakupost.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ondan 60 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Mahir Məhərrəmov narkotiklərin daşınmasını taksi fəaliyyəti ilə məşğul olan şəxslər vasitəsilə təşkil edib, həmçinin ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə əlbir olaraq ölkə ərazisində narkotiklərin yayılmasını planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.