Ru
21:53 / 09 İyun 2025

Tamilla Məmmədova vəfat etdi

Tamilla Məmmədova vəfat etdi
Eye

Azərbaycan Rəssamlıq Akademiyasının "Bədii toxuculuq və xalça sənəti" kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.

Bakupost.az xəbər verir ki, Tamilla Məmmədova 1946-cı ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə sənətşünaslıq namizədi elmi dərəcəsini alıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib, Elmi Şuranın ilk elmi katibi olub.

Mərhumə həm yerli, həm də beynəlxalq sərgi və simpoziumların iştirakçısı olub.

Onun "Zanbaq" və "Səma" əsərləri Heydər Əliyev adına Hava Limanında, "Abşeron motivləri" və "Qonaqpərvərlik" qobelenləri isə "Azərbaycan" gəmisində sərgilənir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar