Ru
11:20 / 09 Sentyabr 2025

Valideynlərinin zorakılıq etdiyi uşağın son durumu

Valideynlərinin zorakılıq etdiyi uşağın son durumu
Eye

Ağdamda valideyinlərinin zorakılıq tətbiq etdiyi azyaşlının vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bakupost.az xəbər verir ki, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iki yaşlı körpənin müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Uşaq neyrocərrahiyyəsi şöbəsində davam etdirilir.

Xatırladaq ki, avqustun 27-də komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar