Ru
16:47 / 06 Avqust 2025

Xaçmazda pomidor dolu yük maşını aşdı

Xaçmazda pomidor dolu yük maşını aşdı
Eye

Xaçmazda bazara pomidor daşıyan "Qazel" markalı yük avtomobili aşıb.

Bakupost.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb.

Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər avtomobillərin maneəsiz hərəkəti təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Xaçmazda pomidor dolu yük maşını aşdı
Xaçmazda pomidor dolu yük maşını aşdı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar