Ru
22:34 / 16 Yanvar 2023

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu - İDDİA

6621
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.

Bakupost.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.

Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.
Şərhlər
  • B.Qarabağlı

    *Kimin adında olan bir milyardın dondurulma* xəbəri *Unikal*a və *BakıPost*a hansı mənbələrdən məlum olub?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər