Ru
01:37 / 15 Yanvar 2021

"Yeralaş"ın qurucusu vəfat etdi

"Yeralaş"ın qurucusu vəfat etdi
Eye

Məşhur "Yeralaş” uşaq yumoristik jurnalının bədii rəhbəri Boris Qraçevski dünyasını dəyişib.

Bu barədə TASS-a onun arvadı Yekaterina Belotserkovskaya bildirib.

72 yaşlı Boris Qraçevski koronavirusdan vəfat edib. O, daha əvvəl COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Boris Qraçevski 18 mart 1949-cu il Moskvada doğulub. O, 1968-ci ildə Kalininqrad Mexaniki Texnikumunu qurtarıb. Maksim Qorki adına Uşaq və gənclər filmlərinin Mərkəzi kinostudiyasında böyük inzibatçı işləyib. 1974-cü ildə dramaturq Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq yumoristik kinojurnalının əsasını qoyub. Qraçevski 1974-1984 illərdə "Yeralaş”ın direktoru, 1984-cü ildən isə bədii rəhbəri olub.

O, bir sıra mükafatlarla, habelə “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar