12:43 / 13 Oktyabr 2021

5 nəfərin ölümünə səbəb olan qəza: günah kimdədir? - AÇIQLAMA

4456

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında aeroport yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticədə 5 nəfər ölüb, 21 nəfər yaralanıb.


İlkin məlumata görə, qəzaya yük avtomobilinin sürücüsünün yuxulu olması səbəb olub. Həmin sürücü - 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu tutulub.



Bəs bu cür qəzaların baş verməsində günahkar kimdir? Bununla bağlı hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Bakupost.az -a danışan yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hadisələrin başvermə səbəbləri dəqiqliklə araşdırılmalıdır:


“Sürücülərin bəziləri sürət rejimini, qanunları, düzgün manevr qaydalarını bilmirlər. Bunlar yol-nəqliyyat hadisələrinin ayrı-ayrı faktlarıdır.

Bugünkü hadisə böyük miqyasda faciədir. 5 nəfərin dünyasını dəyişməsi, 21 nəfərin yaralanması sanki təyyarə qəzasının nəticəsidir.
İndi istintaq orqanları həmin 19 yaşlı gəncin üzərinə düşəcəklər ki, onun sürücülük vəsiqəsi varmı? Və yaxud yuxulu olubmu? Amma heç kim hadisənin başvermə səbəblərini dəqiqliklə araşdırmır. Çünki üç gün, bir həftə sonra da belə hadisə ola bilər.

Səbəbləri araşdıran zaman isə məsuliyyətsizlik görürük. Nəqliyyatın təhlükəsizliyini təşkil edənlər, buna nəzarət edən məmurlar, hətta hərəkət edən piyadalar, sürücülər də məsuliyyətsiz davranırlar".



Ekspertin sözlərinə görə, istənilən 18 yaşlı şəxs “C” kateqoriyasında sürücülük vəsiqəsi əldə edə bilər:

“Nəqliyyatla bağlı qanunvericilikdə qeyd edilir ki, yola çıxmazdan əvvəl həmin tipli avtomobilləri idarə edən sürücülər tibbi yoxlamadan keçməlidirlər. Həmin sürücünün xəstə, sərxoş, yuxulu və s. olduğu bilinməlidir.

Bugünkü qəzada da fakt göstərir ki, sürücü yuxulayıb, yorğun olub. Əgər həmin şəxs tibbi yoxlamadan keçsəydi, onun bu halda nəqliyyat vasitəsini idarə edə bilməyəcəyi aşkarlanardı.

Həmçinin, daşımaların təşkilində marşrut, sürücünün iş rejimi, avtomobilin idarə olunma tərzi nəzərə alınmalı və sürücülərə təlimatlar verilməlidir”.

Fəridə Söhrabqızı
Baku Post



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Fərhad

    Avtomobil n'qliyyatı ilə sərnişin daşımalarının özəl şirkıtlərə verilməsi olduqca yanlış addım olub.Elə bunun nəticəsidir ki, nə avtobuslar.nə də sürücülərreys öncəsi yoxlanılmır.Əksər hallarda avtobuslar sürücüdə qalır Heç irində də nə texniki,nə də həkim nəzarəti təşkil edilməyib.Ona görə marşrutlarda qəalar tez-tez baş verir.Pespublikanın rayonlar arası marşrutlardakl kicik tutumlu avtobuslarda baş verən saysız hrsabsız qəzalar bununla bir başa bağlıdır.Sərnişin daşınması dövlətəə məxsus xüsusi parklarda lazımi texniki və həkim nəzarəti olan parklarda təşkil olunmalıdır.Bu ciddi daşımaları fərdi əllərə tapşırmaq insanların həyatına qəsd etməkdir.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər