Ru
11:14 / 08 Aprel 2024

700-dən çox şagirdin həyatı təhlükədə - Maşlıq məktəbi hər an uça bilər - FOTOLAR

3934
Cəlilabad rayon Maşlıq kənd şəhid Nizami Alışanov adına məktəb illərdir ki, qəzalı vəziyyətdədir.

Bakupost.az xəbər verir ki, məktəb binasının hər an uçma təhlükəsi olsa da, orda dərslər davam edir. Amma əksər valideynlər məktəbin uçacağından ehtiyatlandıqları üçün övladlarını qonşu Muğan kəndinə məktəbə göndərir.

Maşlıq məktəbində vəziyyət o qədər acınacaqlıdır ki, divarların aşmaması üçün onlara dirək qoyulub. Bir neçə sinif otağının vəziyyəti bərbad və təhlükəli olduğundan ora şagirdlərin daxil olması ümumiyyətlə, qadağan edilib.
Sakinlərin sözlərinə görə, hər dəfə bu məsələni qabardanda aidiyyatı qurumlar onlara yeni məktəb binası tikiləcəyinin vəd edirlər. Lakin təəssüf ki, bunlar hələ də vəd olaraq qalır.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad Təhsil sektorunun məlumatına görə, rayon ərazisində 39 məktəb qəzalı və yararsız vəziyyətdədir. İki il əvvəl onların yerində yeni məktəblər tikiləcəyi bildirilsə də, bugünədək heş bir dəyişiklik yoxdur.

Xatırladaq ki, Maşlıq kəndinin 6 minə yaxın əhalisi var. 1960-cı illərdə istifadəyə verilən məktəb 700-dən artıq şagird üçün nəzərdə tutulub. Ancaq qəzalı vəziyyətə görə məktəbin cəmi 9 sinfində dərs keçilir. Bu siniflərdə isə ibtidailər təhsil alır. Yuxarı sinif şagirdləridərslərini kəndin keçmiş uşaq bağçasının binasında və ayrı-ayrı tikililərdə davam etdirirlər. Kəndin uşaq bağçasının binası da məktəb binası kimi qəzalı vəziyyətdədir.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər