Xankəndidə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Məsud Pezeşkianın görüşündə diqqət çəkən bir məqam var. Divarda asılan xalça.
Bakupost.az xəbər verir ki. bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işarədir:
“Baxara motivi seçilməsi siyasi yox, mədəni və neytral seçimdir. İran və Azərbaycanın ortaq Şərq dəyərlərinə, xalçaçılıq mədəniyyətinə hörmətin göstəricisidir. Qarabağın ortasında bu cür universal simvol seçilməsi həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün diplomatik balansı əks etdirir.
Azərbaycan, İran və Türkmənistan xalçaçılığı arasında ortaq gül motivləri var. Bu xalça həmin ortaq mədəni kodlara işarədir. Görüş zamanı bu xalça siyasi deyil, mədəni zənginlik mesajı verir. Qarabağ xalçası seçilsəydi, bu, daha çox milli mesaj olardı və diplomatik cəhətdən həssas ola bilərdi. İran tərəfi ilə görüşdə daha neytral “Buxara tərzi xalça” seçilib ki, sakitlik, hörmət və tərəfsizlik mesajı verilsin”.
Alim vurğulayıb ki, burada gizli bir mesaj da var:
“Bu xalçada sumblminal olaraq Bütöv Azərbaycana işarə var: "Günbəzin içində xalça və xalçada olan iki naxış. Günbəz - saraydır, xalça - sarayın içində, yəni Cənub və Şimal xalçanın içərisində birləşərək şahın taxtında əyləşir".
Azərbaycan diplomatiyası son beş ildə bütün kodlardan və mesajlardan peşəkarcasına istifadə edir”.
Aysel,
BakuPost