Ru
11:18 / 20 May 2022

Prezidentin yeni yaratdığı mərkəz nəyə xidmət edəcək? - İZAH

Prezidentin yeni yaratdığı mərkəz nəyə xidmət edəcək? - İZAH
Eye

“AMEA-nın tərkibində olan İnsan Hüquqları İnstutunun sadəcə adı dəyişməyib, mahiyyəti dəyişib. Yeni qurumun fəaliyyətində başlıca istiqamət insan hüquqları deyil, bütövlükdə hüquq, hüquqi ekspertiza, hüquqi rəy, analiz, hətta islahatlara yönəlik təkliflər nəzərdə tutulub”.


Bunu Bakupost.az -a hüquqşünas Ələsgər Məmmədli “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılması ilə bağlı fərmanı şərh edərkən deyib.


Hüquqşünas mərkəzin fəaliyyət istiqamətlərindən danışıb:





“Yeni yaranan publik hüquqi şəxsin mahiyyəti əvvəlkindən xeyli fərqlənir. Azərbaycanda hakimiyyətin bütün qollarına hüquqi xidmət göstərmək və hüquqi ekspertiza aparmaq, lazım gələrsə, hüquqi sənədlərin tətbiqi, həm də icra istiqamətində təlimlər keçmək nəzərdə tutulub ki, bu daha geniş səlahiyyətdir. Amma mahiyəti o qədər də dəyişmir. Çünki yenə də tabeçiliyin AMEA-da qaldığı görünür. Nizamnaməni oxuduqda AMEA-nın heç bir rolu olmadığı aydınlaşır. Məlum olur ki, bu, əslində mərkəzi icra hakimiyyəti orqanalarının, o cümlədən parlamentin İcra Aparatının və Konstitusiya Məhkəməsinin müəyyən etdiyi 5 nəfərdən ibarət şura tərəfindən idarə edilir. Həmin o 5 nəfərdən biri Ədliyyə Nazirliyindən, biri parlamentdən, biri Prezident Administrasiyasından, biri Ədliyyə Akademiyasından və biri Konstitutsiya Məhkəməsindəndir. Mahiyyət etibarilə biri qanunvericilik, biri də məhkəmə sistemindən olmaqla, digər üçü icra orqanlarından olan üzvlərdir. Bunların təyin olunmasının 4-ü birbaşa Prezidentin sərəncamındadır. Yalnız təkcə Konstitutsiya Məhkəməsinə üzv müəyyən etmək səlahiyyəti ayrıca verilib. Bu baxımdan yeni qurulan qurum icra hakimiyyətinə çox yaxın olan və icra fəaliyyətinin davamı kimi görünə bilər”.


Ə. Məmmədli bu məsələdə bəzi problemlərin olduğunu da istisna etməyib:


“Ən önəmli problem kimi gördüyüm məsələlərdən biri odur ki, bu, həm dövlət qurumudur, həm də kommersiya fəaliyyəti ilə məşğul olacaq. Dövlət qurumu kimi öz funksiyasını icra edərkən, buna görə həm də dövlət qurumlarından hansısa ödəniş tələb edə biləcək. Bu, əslində, bir növ yarımkommersiya fəaliyyəti göstərməklə dövlət büdcəsinin bəlli bir hissəsinin başqa bir cibdən digərinə getməsinə xidmət edəcək. Bu da dövlət idarəetmə anlayışı baxımından ziddiyyət təşkil edir. Çünki dövlət öz işini kommersiya məqsədli görməməlidir, konstitusion səlahiyyətlərini əvəzsiz icra etməlidir.


Müsbət mənada nə görərik? Bu günə qədər qanunvericiliyimizdə zaman-zaman çox ciddi ziddiyyətlər olur. Bunu aradan qaldıran sistemli institut fəaliyyət göstərmir. Ümid etmək olar ki, bu fəaliyyətlərlə məşğul olacaqlar və hüquqi nizamlama normalarının bir bütün olaraq baxılmasına, görülməsinə, uyğunluğuna, ardıcıllığına müəyyən qatqısı olacaq. Bu baxımdan pozitiv ümid yarada bilər. Amma praktik olaraq görünür ki, ümumi şəkildə idarəetmənin konkret olaraq forma dəyişikliyidir. İdarəetmə sürətlə publik hüquqi şəxs və ya agentlik sisteminə keçir. Mərkəzi icra hakimiyyəti orqanları dövlət səlahiyyətləri ilə yüklənmiş kommersiya qurumlarına çevrilir”.



Fəridə
Baku Post

Şərhlər
  • Vətəndaş

    Indiy'ə kimi yaradılan,ancaq ortada görwnməyən mərkəəzl'r kimi fəaliyyət göstərəcək.Məsələn AQTA kimi.Zərərli Palma yağı idxalı,Azərsunun vaxtı keçmiş.yenidən qablaşdırılmış malları və sair.,

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar