Ru
09:45 / 05 Aprel 2024

Qanunlarımızın dili niyə bu gündədi? - Deputat Kamal Cəfərovdan maraqlı açıqlama - VİDEO

4942
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Dil Qurumunun təşkilatçılığı ilə "Qanunlarımızın və kargüzarlıq sənədlərinin dili" mövzusunda elmi müzakirə keçirilib.

Bakupost.az xəbər verir ki, müzakirədə çıxış edən millət vəkili Kamal Cəfərov dilimizin nə qədər zəngin olmasını vurğulayıb:

“Azərbaycan dili ilə bağlı çoxlu ifadələr işlədirlər. Zəngin, gözəl dilimiz var. Amma mən deyərdim ki, dilimizlə bağlı ən gözəl qiymətləndirməni Ulu Öndər Heydər Əliyev edib. Heydər Əliyev demişdi ki, bizim çox ləzzətli dilimiz var. Bu fikir mənim hər zaman Azərbaycan dili ilə bağlı yadımda qalıb. Azərbaycan dili bizim milli kimliyimizin ifadəsidir. Parlamentdə Azərbaycan dili, onun taleyi, xüsusilə qanunvericilik texnikasındakı ifadələrlə bağlı ən çox məsələ qaldıran Sabir müəllimdir.

Bu gün Qulu müəllim media haqqında qanunu qeyd etdi. Əvvəl kütləvi informasiya vasitələri sözünü işlədirdik. Uzun olduğu üçün media etdik. Bütün qanunlarda, konstitusiyada dəyişdik, media etdik. Amma media bizim söz deyil axı! Və yaxud televizor, internet deməyin, “Youtube” deməyin deyin sənin sifətin, “Facebook” deməyin, deyin üz kitabı.
Bəzi terminləşən sözlər var ki, sahəsindən asılı olmayaraq onu hədəfə çatdırmaq, başqa məna verməmək üçün istifadə olunur. Müasir dünyanın reallığı, standartlarla uyğunlaşmaq üçün vahid standart olur. Düşünmürəm ki, hüquqşünas kimi mənim, ya başqa həkimin, başqa media ekspertinin məqsədi Azərbaycan dilindən kənarlaşmaq, daha gözəl “modnu”, qəşəng görsənir deyə o sözdən istifadə etməkdir. Ancaq bəzən bunu etmək lazımdır. Əlbəttə, burada balans olmalıdır. İstənilən halda, əsas məqsədimiz dilimizi qorumaq olub”.

Daha ətraflı videoda:




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər