Ru
16:12 / 19 Sentyabr 2025

Rusiyaya qarşı ağır sanksiyalar təklif edildi

Rusiyaya qarşı ağır sanksiyalar təklif edildi
Eye

Avropa Komissiyası 19-cu sanksiyalar paketində Aİ banklarına, o cümlədən Rusiya və xarici banklara sanksiya tətbiq etməyi təklif edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin bildirib.

Onun sözlərinə görə, yeni sanksiya paketində aşağıdakı məqamların yer alması təklif edilib:

▪️ Aİ Rusiya neftini daşımaqda şübhəli bilinən daha 118 gəmiyə qarşı sanksiyalar tətbiq etsin;

▪️ Kriptovalyuta platformalarına qarşı tədbir görülsün;

▪️ "Rosneft" və "Qazpromneft" ilə əməliyyatlara tam qadağa tətbiq edilsin;

▪️ Ukraynaya kreditləri təmin etmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilsin;

▪️ Rusiya və digər ölkələrin 45 şirkətinə qarşı sanksiyalar tətbiq edilsin;

▪️ Rusiya neftinin qiymət tavanını bir barel üçün 47,6 dollara endirilsin;

▪️ Rusiyanın “Mir” ödəniş sisteminə qarşı məhdudlaşdırıcı tədbirlər görülsün.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar