Ru
10:26 / 19 Yanvar 2024

Türkiyənin kosmosa ilk səyahətindən tarixi FOTOLAR

11761
Xəbər verdiyimiz kimi, Türkiyənin ilk kosmik səyahətçisi Alper Gezeravcının da olduğu SpaceX-in kosmik gəmisi kosmosa buraxılıb.

Bakupost.az xəbər verir ki, Ax-3 missiyasının üzvü Gezeravcının kosmos səyahəti ABŞ-ın Florida ştatındakı Kennedy Kosmik Mərkəzindəki Launch Complex 39A-dan buraxılması ilə başladı.


Uzunluğu 70, diametri 3,7 metr və çəkisi təxminən 550 ton olan Falcon 9 raketi aşağı Yer orbitində 22 min kiloqram, geostasionar ötürmə orbitində 8 min 300 kiloqram, Marsda isə 4 min kiloqram yük daşımaq qabiliyyətinə malikdir.

Gezeravcı 14 gün ərzində İSS-də müxtəlif elmi missiyaları yerinə yetirmək üçün kosmosda xidmət edəcək.

Ax-3 missiyasına həmçinin ABŞ və İspaniyanı təmsil edən missiya lideri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından iştirak edən isveçli Markus Wandt daxildir.

Daha əvvəl ABŞ yerli vaxtıyla yanvarın 17-də baş tutması planlaşdırılan buraxılış SpaceX tərəfindən son yoxlamaları tamamlamaq üçün bir gün təxirə salınmışdı.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər