Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ankoricdə danışıqlara başlayıblar.
Bakupost.az xəbər verir ki, “Agentstvo”nun araşdırmasına görə, Rusiya tərəfindən prezidentin sözlərini 2018-ci ildə Helsinkidə keçirilən sammitdə də tərcüməçilik etmiş Rusiya XİN əməkdaşı Aleksey Sadıqov tərcümə edəcək.
Qeyd edək ki, 2015-ci ildə Sadıqov Putini həmin vaxt ABŞ-ın dövlət katibi olan Con Kerri ilə görüşdə, eləcə də 2012-ci ildə London Olimpiya Oyunlarının açılışında müşayiət edib. Həmin tədbirdə Putin Böyük Britaniyanın Baş naziri Devid Kemeronun yanında əyləşmişdi.