18 və 19 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə bağlı qrafik hazırlanıb.
Qrafik
İmtahan Mərkəzinin saytında yerləşdirilib. DİM-dən
"BakuPost"a verilən məlumata görə, digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.
Hər hansı bir səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
Xatırladaq ki, 10, 11, 18, 19 iyun tarixlərində şəhər və rayonlara uyğun:
• 9-cu sinif üzrə buraxılış imtahanları;
• 11-ci sinif üzrə buraxılış imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin
məzunları üçün qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
10 və 11 iyun tarixlərində keçiriləcək imtahanlar üçün "İmtahana buraxılış vərəqəsi" DİM-in saytına yerləşdirilib. 18 və 19 iyunda keçiriləcək imtahanlar üçün "İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Salam mən 9 cu sinif şagirdiyəm 9 cu sinifdən Azərbaycan Dövlət Dəniz Unverstetinin kollecinə verə bilərəm?