Ru
14:45 / 29 Mart 2023

DTX-nın bu hücumu terror adlandırması təsadüfi deyil - Politoloq

3140
Millət vəkili Fazil Mustafanın güllələnməsi ölkədə geniş müzakirələrə səbəb olub. Hadisənin törədilməsi ilə bağlı müxtəlif versiyalar səslənir. Bu fikirlərin əksəriyyəti isə İranla əlaqədardır.

Politoloq Fərhad Məmmədov da məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib.

O, DTX-nın bu hadisəni terror adlandırmasına diqqət çəkib və bildirib ki, görünür, həmin qurumda bununla bağlı əsaslar var:

“2-3 gün öncə DTX xüsusi əməliyyat keçirərək, 3 nəfəri həbs edib. Bununla bağlı xüsusi reportaj da hazırlanıb. Həmin şəxslər Azərbaycanda ictimai-siyasi xadimlərə qarşı hücum planlaşdırıb. Bu məlumat çıxandan sonra dünən gecəki hücum baş verib. Ona görə düşünmək olar ki, onlar yanlız DTX tərəfindən həbs olunmuş qrupdan ibarət deyil. Başqa qruplar da var. Onlara da eyni məmzunlu tapşırıqlar verilib”.
Politoloq vurğulayıb ki, İranın terror aktı törərməkdə çox təcrübəsi var:

“Fazil Mustafanın İranla bağlı mövqeyi, bu ölkədə baş verən proseslərə qarşı siyasi düşüncələri hamıya aydındır. Dünyanın bir çox ölkələrində İrandakı mövcud vəziyyətə, sistemə qarşı fikir söyləyən şəxslər var. Onlara da terror aktı təşkil edirlər. İranın belə təcrübələri çoxdur”.

Aynur İbrahim
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər