Ru
09:20 / 31 Mart 2023

Hindistanda dindarlar quyuya düşdü: 35 ölü

Hindistanda dindarlar quyuya düşdü:   35 ölü
Eye

Hindistanın Madhya-Pradeş ştatının İndor şəhərində bir qrup dindarın pilləli quyuya düşməsi nəticəsində məbəddə baş verən qəzada ölənlərin sayı 35-ə çatıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.

Bir nəfərin isə itkin düşdüyü bildirilir.

Daha əvvəl ANI agentliyi 13 nəfərin öldüyünü bildirmişdi.

Faciə dünən möminlər Vişnu tanrısının avatarlarından biri kimi ehtiram göstərilən əfsanəvi kral Ramanın zühur gününü qeyd etmək üçün İndordakı hindu məbədinə toplaşarkən baş verib. Eni bir neçə metr olan quyunun qapağı aşağı yıxılan çoxlu sayda insanın ağırlığına tab gətirə bilməyib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar