Ru
20:00 / 29 Mart 2023

"İranın təzyiq siyasəti fiaskoya uğrayacaq" - Politoloq

3053
“İranın Azərbaycanla sərhəddə ordu birləşmələri, xüsusilə SEPAH-ın quru qoşunlarını cəmləşdirməsi Azərbaycana sadəcə əzələ nümayişidir”.


Bunu Bakupost.az -a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.


Ekspert bildirib ki, İranın Azərbaycana qarşı hərbi təhdidləri müsbət nəticə verməyəcək:


"İran son davranışları ilə Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe ortaya qoyub. O, bu addımları təkbaşına atmır. Bu prosesdə Moskva Tehran rejiminə dəstək verir. Çünki Rusiya da Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Rusiya ərazisindən Avropaya daşınan yüklər “Orta dəhliz” vasitəsilə Azərbaycan üzərindən keçəcək. Ona görə də Moskva və Tehran yekdil mövqe ortaya qoyub. Rusiya proseslərin pərdəarxasında, İran isə tam sahədədir".


Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan Güney məsələsində prinsipial siyasət ortaya qoyaraq oradakı soydaşlarımızın istiqlaliyyətinə dəstək verməlidir:


“Tehran rejiminin Azərbaycanla birbaşa hərbi toqquşmaya getməsi gözlənilmir. Amma proseslər hərbi müstəviyə keçərsə, İran məhz Ermənistanla birgə Zəngəzurda hərəkət edə bilər. Buna da Azərbaycan şərait yaratmayacaq. Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmayacaq. "Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qoyulduqdan sonra, Ermənistan məcbur qalıb, Azərbaycanla münasibətləri normallaşdıracaq. Belə olan təqdirdə, Ermənistan rəhbərliyi Qərbin təzyiqləri fonunda Zəngəzur dəhlizinin açılmasına gedəcək. Bundan sonra İranın təzyiq siyasəti fiaskoya uğrayacaq”.
Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər