Ru
12:52 / 30 Mart 2023

Köhnə avtomobillər bahalaşacaq - Ekspert

5117
Nazirlər Kabineti zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılmasına qərar verib.

Qərar gələn ayın əvvəllərindən qüvvəyə minəcək.


Maraqlıdır, bu qərar avtomobil bazarında vəziyyətə necə təsir edəcək?


Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, bu qərar sözsüz ki, ölkədə avtomobil parkının yenilənməsinə müsbət təsir göstərəcək.


Belə ki, hazırda ölkədə 1 milyon 300 minə yaxın avtomobil var ki, onların 75%-nin istehsal müddəti 10 ildən yuxarıdır. Bu da ətraf mühitə və ekologiyaya mənfi təsirlər göstərir.


Eyyub Kərimli bildirib ki, analoji qadağa 2014-cü ildə də tətbiq edilib:


"O zaman 2005-ci ildən əvvəl istehsal edilən avtomobillərin ölkəyə buraxılması qadağan edilmişdi. Müşahidələr onu göstərir ki, o qərarın qüvvədə olmağına baxmayaraq, avtomobil parkı ilbəil artırdı. İndi həmin proses yenə baş verəcək. Bu, əsasən, 2013-cü ilə qədər istehsal olunan avtomobillərin qiymətinin artması ilə nəticələnəcək. 2013-cü ildən bu yana istehsal olunan avtomobillərin qiyməti çox da ucuz deyil. Hər kəs həmin avtomobilləri gətirə bilməyəcək. Bu da ölkədə olan köhnə avtomobillərə tələbi artıracaq. Tələbin artması isə öz növbəsində həmin avtomobillərin qiymətinin artmasına səbəb olacaq".


Əfsanə Rəcəb
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər