Ru
14:38 / 28 Yanvar 2025

Lənkəranda avtobus aşdı - 24 nəfər xəsarət aldı - ADLARI - VİDEO / YENİLƏNDİ

Lənkəranda avtobus aşdı - 24 nəfər xəsarət aldı - ADLARI - VİDEO / YENİLƏNDİ
Eye

Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

***
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 21 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-nın cənub bürosuna TƏBİB-dən bildirilib.

Məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

***
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 23 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun xəbərinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alanların adları açıqlanıb:

Kərimova Akifə Aşur 1965
Ramazanzadə Xəqani Fizuli 1991
Manafova Jalə Xankişi 1989
Cəfərova Günay Natiq 1982
Əliyeva Gülnar Şəmşir 1985
Qəmbərov Yusif İbrahim 1968
Hüseynov Cəvahir Rövşən 2008
Bayramova Ulduz Sədaqət 1989
Xudaverdiyev Səttar Ramin 2003
Axundzadə Könül Xaliq 2002
Əlizadə Əlifağa Xudu 1995
Allahverdiyeva Rüqǝyya Ramil 2016
Ağazadə Yusif Vüqar 2013
Hüseynova Sevda Qurban 1992
Zəkiyeva Ülkər Maksud 1994
Məmmədova Aygün Şamil 1963
Xudaveridiyeva Nuridə 1979
Əkbərov Çingiz Əşrəf 1984
Əkbərzadə Maksum Şahid 2002
Əliyeva Nuranə Rafiq 1981
Əhmədova Nazilə Cəfər 1955
Babayeva Arzu Azad 1985
Rüstəmov Hümmət Fizuli 1975

***

Bu gün Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar