Ru
13:58 / 29 Mart 2023

Mərkəzi Bankın qərarı inflyasiyanın qarşısını alacaq? - Açıqlama

4043
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib.

Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb.



İqtisadçı-ekspert Rəşad Həsənov Bakupost.az -a bildirib ki, bu qərar daha çox inflyasiya istiqamətində olan riskləri nəzarətdə saxlamaq məqsədi daşıyır:


"Hələ də inflyasiya prosesi gözlənilənin üzərində davam edir. Ona görə də bu qərar pul kütləsinin dövriyyədə sıxışdırılması, pulun bahalaşdırılması və istehlakçı məhdudlaşdırılması yolu ilə inflyasiya risklərini azaltmaq məqsədi daşıyır”.


Ekspert bu qərarın təsirləri ilə bağlı da fikirlərini bildirib:

“Mərkəzi Bankın uçot dərəcəsi hal-hazırda o qədər də istifadəyə yararlı alət deyil. Bu qərar nəzəri baxımdan düzgün hesab edilə bilər. Amma faktiki olaraq uçot dərəcəsi bazarda faizlərin qalxması və ya enməsinə təsir göstərmir. Ona görə də bu qərarın inflyasiyanın qarşısının alınmasında böyük təsirlər göstərəcəyini demək olmaz. Bunu düşünmək sadəlövhlük olar”.

Aynur İbrahim
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər