Ru
10:19 / 29 Mart 2023

Qazaxıstan hökuməti istefaya göndərildi

Qazaxıstan hökuməti istefaya göndərildi
Eye

Qazaxıstan hökuməti Məclisin (parlamentin aşağı palatası) yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib.

Bakupost.az “Tengrinews.kz”ə istinadən xəbər verir ki, bu gün VIII çağırış Məclisin ilk iclasının açılışında Alixan Smailovun Nazirlər Kabineti yeni seçilmiş Məclis qarşısında istefa verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.

Qeyd edək ki, 98 deputatın daxil olduğu Məclisə növbədənkənar seçkilər martın 19-u keçirilib. Bu, qarışıq seçki sistemi üzrə həyata keçirilib: deputatların 70%-i (69 nəfər) partiya siyahıları, 30%-i (29 nəfər) birmandatlı seçki dairələri üzrə seçilib. Hakim Amanat Partiyası 53,9% səs toplayıb ki, bu da partiyanın artıq bölüşdürdüyü 40 mandata uyğundur.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar