Ru
11:35 / 30 Mart 2023

“Terror aktına ciddi hazırlıq görüldüyü aydın hiss olunur” - Millət vəkili

3333
"Fazil Mustafa ölkədə və dünyada baş verən məsələlərlə bağlı mövqeyini bildirən, milli maraqları üstün tutan insandır. O, İranın Azərbaycanla bağlı siyasətini həmişə sərt tənqid edib. Ola bilər ki, Fazil Mustafanın səsləndirdiyi fikirlər hansısa xarici dairələrin xoşuna gəlməyib. Çox güman ki, hadisə məhz bu səbəbdən baş verib. Fazil Mustafa sözünü deməyi bacaran cəsur insandır, əsl dövlət adamıdır. Vətəninə, dövlətini, millətini sevən biridir. Bu səbəbdən də hədəf seçilib”.



Bakupost.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə martın 28-də millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktına münasibət bildirərkən deyib.

Onun dediyinə görə, Fazil Mustafaya atılan güllə Azərbaycana atılan güllədir:


“Təbii ki, ona qarşı sui-qəsdi hamımız pisləyirik. Təhlükəsizlik orqanlarının yaranma günü və İsraildə səfirliyimizin açılışı ərəfəsində belə bir addımın atılması heç də təsadüfi deyil. Terror aktına ciddi hazırlıq görüldüyü açıq aydın hiss olunur. Hesab edirəm ki, dövlətimiz hadisənin üstünü tezliklə açacaq və təşkilatçılar həbs olunacaq".

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər