Ru
15:43 / 27 Mart 2023

Toyotadan yenilik - FOTO

8994
Toyota şirkəti Yaponiyada “C+walk” seriyasının ikinci modelini təqdim edib.

Bakupost.az xəbər verir ki, mobilllik köməkçisi olan “C+walk S” piyada şəxsləri hədəfləyir.

Yeni hazırlanmış “C+walk S”, uzun müddət yeriyə bilməyən insanlara kömək edəcək.

Piyada Hərəkətlilik Köməkçisi üç təkərli vasitə olaraq sərgilənib. Bu cihaz səkidə hərəkət edə bilir və qarşısındakı yol səthinə asanlıqla uyğunlaşa bilir.

Qeyd edək ki, Toyota, yeni “C+walk S” modelinə əlavə olaraq, insanların gündəlik fəaliyyətlərini və çölə çıxmaq ehtiyaclarını qarşılamaq məqsədi daşıyan “C+walk T2” və “C+pod3” tipli daimi modelləri də inkişaf etdirməyə davam edir. Bu kontekstdə, ümumi yollarda səkidə istifadə edilmək üçün “C+walk T” hazırlanıb.

Şəhər içi nəqliyyatda rahatlıqla istifadə edilə bilən C+pod modelindən, səkilərdə istifadə oluna bilən C+walk seriyasına qədər hər bir müştərinin həyat mərhələsinə uyğun hərəkətlilik variantları hazırlanır.

Toyota hər yaşda olan istifadəçilər üçün hərəkət azadlığını təmin etməyi məqsəd qoyub.

Şirkət insanların fəaliyyət sahələrini genişləndirməyi, onların müstəqilliyini dəstəkləməyi və mümkün qədər çox insanı xoşbəxt etməyi hədəfləyir. Həmçinin yerli icmalarla çalışaraq ehtiyacları müəyyən edir. Eyni zamanda, C+pod və C+walk seriyalarından istifadə edərək yeni biznes modelləri hazırlayan şirkətlərlə iş aparılır.


Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər