Yeni tədris ili başlar-başlamaz valideynlər övladları üçün repetitor axtarışına başlayırlar.
Bu artıq ənənə halını alıb.
Düşünün, bir ailədə 3 uşaq var. Ali məktəbə qəbul imtahanında tələb olunan 5 fənn üzrə hazırlığa gedirlər. 3 uşağən hazırlığı 1 aya azı 1500 manat edir. Əlavə hər uşağa 300 manat da xərclədikdə, ailənin təkcə uşaqlar üçün xərci 2400 manata çatır.
Övladını repetitor yanına yollamaq istəmirsənsə, özəl məktəbə yollamalısan. Onun da ki, illik ödənişi hər kəsə məlumdur.
İndi sual çıxır ki, övladlarımız xüsusi hazırlığa ehtiyac duyacaqsa, məktəb nə işə yarayır? Dövlət o qədər pul ayırıb bu müəssisələri niyə saxlayır? Niyə özəl məktəblərdə təhsil alanların xüsusi hazırlığa ehtiyacı olmur, amma bu dövlət məktəblərinin olmazsa, olmazıdır. Necə olur ki, eyni müəllim məktəbdə dərs keçən zaman zəif, hazırlıqda güclü olur? Problem tədris proqramındadır, müəllimdədir, yoxsa anlamadığımız, görə bilmədiyimiz başqa maneələr var?
Ətraflı BTV-nin süjetində:
BakuPost