Ru
18:51 / 13 Oktyabr 2025

Vəzifəli şəxsin oğlu oteldə belə öldü - TƏFƏRRÜAT - FOTO

Vəzifəli şəxsin oğlu oteldə belə öldü - TƏFƏRRÜAT - FOTO
Eye

Mingəçevir Avtovağzalının icraçı direktoru Coşqun Rəhimovun ölümü ilə bağlı bəzi detallar məlum olub.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, icraçı direktor Mingəçevir Avtovağzalının hotelində vəfat edib.

Həmin hoteldə bir otaq Coşqun Rəhimovun daimi istirahəti üçün ayrılıbmış.

Vəfat edən zaman istirahət otağında onun tək olduğu bildirilir.

İcraçı direktor ürək çatışmazlığından əziyyət çəkirmiş, vaxtaşırı ağrıları olurmuş. Ölümündən az öncə yenidən ağrıları başlayıb. Zəng edib köməyə kimisə çağırmaq istəyib, buna gücü çatmadıqda qapını açmağa cəhd göstərib.

Əlində telefon otaqdan çıxış qapısı önündə yerə yıxılaraq həyatını itirib.
***
16:25
Mingəçevir şəhərində 49 yaşlı kişi mehmanxanada ölüb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb.

Xatırladaq ki, C.Rəhimov Mingəçevir "Avtovağzal" MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar