Ru
14:05 / 27 Mart 2023

WhatsApp-dan daha bir yeni funksiya - FOTO

WhatsApp-dan daha bir yeni funksiya -  FOTO
Eye

Dünyanın ən məşhur mesajlaşma platforması “WhatsApp” istifadəçilər üçün faydalı olacaq yeni funksiyalar üzərində işləyir.

Bakupost.az xəbər verir ki, tətbiq artıq anlıq video mesajlar funksiyasını işə salacaq.

Bu funksiya 60 saniyəyə qədər birdəfəlik video göndərməyə imkan verəcək. Yeni funksiya eynilə “Telegram” kimi işləyəcək.

Söhbətdə video çəkmək üçün düymə olacaq. Bu şəkildə səsli mesajlar kimi video mesajlar da göndərmək asan olacaq. Göndərilən qısa videolar söhbət ekranında dairəvi formatda görünəcək.

Başdan sona şifrələmə ilə qorunan video mesajlar başqa heç kim tərəfindən qeydə alına və ötürülə bilməz.

Digər tərəfdən, yeni funksiyanın ilk olaraq “iPhone” tətbiqinə əlavə ediləcəyi gözlənilir.




Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar